Türkiyə Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendum aprelin 16-da keçiriləcək.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə Ali Seçki Qurumunun (ASQ - Mərkəzi Seçki Komissiyası) sədri Sadi Güvən bildirib.
Onun sözlərinə görə, referendum qutularının yanında 10 siyasi partiyanın təmsilçisi müşahidə aparacaq. Sadi Güvən deyib ki, seçici siyahısı fevralın 18-dək tamamlanacaq.