Suriya ordusu Rusiya Hərbi-Hava Qüvvələrinin dəstəyilə Əl-Babda 650 İŞİD-çini məhv edib.
Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ordu Əl-Bab yaxınlığındakı Tadef qəsəbəsini də terrorçulardan azad edib və bununla da Rəqqa yoluna nəzarət tam ələ keçirilib.