Belçikanın Vavr şəhərində kartinq mərkəzində azı 67 nəfər dəm qazından zəhərlənib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, insanların zəhərlənməsinə səbəb havalandırma sisteminin xarab olması olub.

Xəbərdə deyilir ki, zəhərlənənlərin 5-də ağır, 12-də orta ağır, 50-də isə yüngül zəhərlənmə qeydə alınıb.