Xəbər verdiyimiz kimi, Türkiyə Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumun vaxtı elan olunub.

Unikal.org xəbər verir ki, Türkiyə Ali Seçki Qurumunun sədri bildirib ki, referendum aprelin 16-da keçiriləcək. O, səsvermədə 10 partiyadan müşahidəçilərin olacağını deyib.

Qeyd edək ki, referenduma çıxarılan Konstitusiya dəyişikliklərinə əsasən, Türkiyə parlament respublikasından prezident respublikasına çevrilir. Baş nazir postu ləğv olunur.

Artıq Tayyib Ərdoğan və onun partiya tərəfdaşları ölkənin hər yerində mitinqlər təşkil edərək seçiciləri paketə "əvət deməyə çağırıb. Ərdoğanın sözlərinə görə, bu düzəlişlər Türkiyənin daha demokratik olmasına gətirib çıxaracaq.

Artıq AKP-yə dəstək üçün təbliğat maşınlarıda hazırlanıb. Belə ki, qardaş ölkənin tanınmış şxsləri, xüsusən futbolçular, müğənnilərdə bu təbliğatda xüsusi rol oynayırlar.

Artıq Türkiyədə referenduma "hə deyilməsi üçün "Təbii ki, evet "himnidə yazılıb.