Fevralın 17-də saat 10:00-da Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Nazirliyin Sumqayıt şəhər Əhalinin sosial müdafiəsi mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək.

Unikal.org-un əldə etdiyi məlumata görə, nazir yalnız Sumqayıt, Qubadlı, Abşeron, Xızı rayonlarının sakinləri üçün qəbul keçirəcək.

Abşeron və Xızı rayonlarından qəbula yazılmış vətəndaşların həmin rayonların Əhalinin sosial müdafiəsi mərkəzlərinin (ƏSMM) inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Sumqayıt şəhərinə aparılıb gətirilmələri təmin ediləcəkdir.