Yanvarın 1-dən bu günə kimi Bakıda 61 kimsəsiz şəxs - "bomj təcili yardım briqadaları vasitəsilə xəstəxanalara yerləşdirlib.

Unikal.org Apa-ya istinadən xəbər verir ki, bu barədə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev məlumat verib.

Bildirib ki, onlar 6, 7, 18, 19, 26 nömrəli Birləşmiş Şəhər xəstəxanalarından birinə çatdırılıb. Kimsəsizlərdən 54-ü kişi, 7-si isə qadın olub.

Baş həkim qeyd edib ki, ötən gündən müşahidə olunan qarlı və şaxtalı havada 3 kimsəsiz şəxs-"bomjlar küçələrdən götürülərək 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına aparılıb.

Qeyd edək ki, kimsəsiz şəxslərin xəstəxanalara yerləşdirilməsi prosesinə səhiyyə nazirinin əmri ilə ötən ildən başlanılıb. 2016-cı ildə ümumilikdə 400-ə yaxın kimsəsiz şəxs təcili yardım tərəfindən götürülərək xəstəxanaya yerləşdirilib.