Tailand zooparkında baytarlar nəhəng dəniz tısbağasının mədəsindən 5 kiloqram qəpik pul çıxarıblar.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, qəpiklər müxtəlif dövlətlərin pul nişanları olub.
Həmin pullar cərrahiyə əməliyyat yolu ilə çıxarılıb. Hazırda tısbağanın sağlamlığında heç bir problemin olmadığı deyilib.
Məlum olub ki, tısbağa uzun illər turistlərin hovuza atdığı qəpikləri udurmuş.
Turistlər arasında mövcud olan inanca görə, hovuza qəpik atmaq bu ölkəyə bir daha qayıtmağa səbəb olur.