Sankt-Peterburq şəhərində metronun "Sennaya Ploşad" stansiyasında vaqonlardan birində baş vermiş partlayış nəticəsində 10 nəfər ölüb, 50-dən çox yaralı var.
Unikal.org-un məlumatına görə, bu barədə TASS-a təcili xidmətdəki mənbə bildirib.
Hadisə yerində istintaq qrupu çalışır. Cinayət işi açılıb.
***16:16
Sankt-Peterburqda metroda partlayış baş verib.
Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, Sankt-Peterburqun "Sadovaya" stansiyasında partlayış olub. Şahidlərin sözlərinə görə, yaralılar var.
Hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəlib.