Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları bu il aprelin 1-nə 4 432,7 milyon dollar təşkil edib.

Bu barədə Unikal.org-a  Mərkəzi Bankdan məlumat verilib. 

Bu göstərici ötən ayın əvvəli ilə müqayisədə 63,4 milyon dollar (1,45 faiz) çoxdur.

İlin əvvəli ilə müqayisədə isə valyuta ehtiyatları 458,3 milyon dollar artıb.