Bakıda meyvə-tərəvəz mağazaları göyərtini ucuzlaşdırıb. 

Unikal.org-un araşdırmasına görə, paytaxtın bazarlarında və kiçik meyvə-tərəvəz satışı mağazalarında göyərtinin bir dəstəsinin qiyməti 10-13 qəpik təşkil edir. Satıcılar qiymətin düşməsini sezonla əlaqələndirirlər. 

Böyük marketlər hələ də göyərtinin dəstəsini  0.2 AZN-dən təklif edirlər. 

Nisbətən bahala olan tərxundur ki, bunun da bir dəstəsinin qiyməti 0.5-1 manat arasında dəyişir. 

H.Babayev