Vergilər Nazirliyində kadr və struktur dəyişikliyi baş verib.

Unikal.org xəbər verir ki, İnsan Resursları və Maliyyə və təminat idarələri departamentə çevrilib.

İnsan resursları departamentinin rəhbəri dəyişməyib. Belə ki, adıçəkilən departamentin baş direktoru Faiq Şahbazov olaraq qalıb.

Maliyyə və təminat departamentinin baş direktoru Rahim Əfəndiyev isə tutduğu vəzifədən azad olunub. Onu Vəkil Süleymanov əvəzləyib.(apa)