Prezident İlham Əliyev "Tikinti işlərinin dayandırılması Qaydasında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Unikal.org xəbər verir ki, sənəddə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 345-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədarqərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 533 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, â„– 5, maddə 539) ilə təsdiq edilmiş "Tikinti işlərinin dayandırılması Qaydasının 2.1.1-ci yarımbəndində "memarlıq-planlaşdırma bölməsinə sözləri "yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə sözləri ilə əvəz edilsin".