Rəsmi məlumata görə, Azərbaycanda ötən il 102 kişi qadın zorakılığına məruz qalıb. Cəmiyyət adətən qadınların kişilər tərəfindən müxtəlif üsullarla zorakılığa məruz qalması haqda xəbərlərə vərdiş edib. Yəni, kişinin qadını döyməsi adi hal kimi qarşılanır. Bunun əksi baş verdikdə isə mənzərə tam fərqli olur.

Bir neçə gündür ki, 102 kişinin qadınlar tərəfindən döyülməsi sosial medianın ən maraqlı mövzusuna çevrilib. Sosial şəbəkələrdə bununla bağlı bir-birindən fərqli fikirlər səsləndirilir.

Unikal.org xəbər verir ki, azvision.az paytaxt sakinləri arasında kişilərin zərif cinsin nümayəndələri tərəfindən döyülməsi ilə bağlı sorğu keçirib.

Qadınların kişiləri döyməsinə cəmiyyət necə baxır? Bu sualın cavabı ilə videoda tanış ola bilərsiniz: