Maşın bazarında qiymətlərdə ciddi artım müşahidə olunur. Amma alıcı marağı yüksək olsa da, qiymətlərin bahalaşması onlara seçim etməkdə çətinlik yaradır.
Unikal.org "Xəzər xəbərə istinadən xəbər verir ki, qiymətlərdə artım kiçik həcmdə yox, min manatlarla ölçülür.
Alıcılar da qiymət artımının min manatdan daha çox olduğunu deyirlər.
Bazarda ən çox satılan avtomobillər isə ənənəvi olaraq yenə də Almaniya istehsalı olan maşınlardır. Xaricdən yeni gətirilən avtomobillərin qiyməti həddən artıq baha olduğuna görə isə bazarda tələbat əsasən ikinci əl maşınlarınadır.