Azərbaycan polietilen və polipropilen idxalatından asılılığını azaldacaq.

Unikal.org-un məlumatına görə, bunu "SOCAR Polymer" layihəsinin rəhbəri Fərid Cəfərov deyib.

Onun sözlərinə görə, bu istiqamətdə nəzərdə tutulan layihə çərçivəsində Sumqayıt Kimya Sənaye Parkında 2018-ci ilin birinci rübündə polipropilen istehsalı üzrə yeni zavod, üçüncü rübündə isə polietilen zavodu istismara veriləcək.

F.Cəfərov deyib ki, işlərin 60 faizi artıq icra olunub.

Layihə rəhbəri qeyd edib ki, bu məhsullar həm tibb, həm yüngül sənaye, həm də plastmas istifadə olunan digər sahələrdə işlədiləcək.