"SOCAR Polymer layihəsi çərçivəsində Sumqayıtda polipropilen plyonka istehsalı zavodunun tikintisi 32 milyon dollar həcmində qiymətləndirilir.
Unikal.org Trend-ə istinadən xəbər verir ki, bunu "SOCAR Polymer MMC-nin baş direktoru Fərid Cəfərov deyib.
Qeyd edək ki, "SOCAR Polymerin ümümi dəyəri 750 milyon dollar təşkil edir. Layihə Sumqayıt Kimya Sənaye Parkında icra olunur. İlk mərhələdə zavodun istehsalat gücü 120 min ton polietilen və 184 min ton polipropilen təşkil edəcək. Qeyd edək ki, bu məhsullar həm tibb, həm yüngül sənaye, həm də plastmas istifadə olunan digər sahələrdə işlədiləcək.