Fransa prezidentliyinə namizəd, ultrasağçı "Milli cəbhə partiyasının lideri Marin Le Pen may ayında Avropa Parlamentinin onun deputat toxunulmazlığından məhrum edilməsi ilə bağlı dinləmələrinə dəvət ediləcək.

Unikal.org xəbər verir ki, bu barədə Avroparlamentin hüquqi işlər üzrə komitəsinin sədr müavini Laura Ferrara bildirib. Onun sözlərinə görə, Le Pen may ayında ilk mümkün olan gündə dinləmələrə çağırılacaq. Ferrara əlavə edib ki, dinləmələr mayın 7-də, Fransada prezident seçkilərinin ikinci turu keçirilən gün təşkil edilə bilər.

Xatırladaq ki, müstəntiqlər Marin le Penin deputat toxunulmazlığının ləğv olunmasını tələb ediblər. Fransalı qadın siyasətçi iki köməkçisini işə qeyri-qanuni qəbul etməkdə ittiham olunur.