Türkiyənin prezident idarə formasına keçidini nəzərdə tutan konstitusiya dəyişiklikləri ilə əlaqədar referendumda səslərin ilkin hesablanması başa çatıb.
Unikal.org-un məlumatına görə, ilkin məlumata əsasən seçicilərin 51,33 faizi Konstitusiyaya dəyişikliyi dəstəkləyib.
Qeyd edək ki, seçicilərin 84 faizi səsvermədə iştirak edib.
xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxSayılan 98.31 % bülletendə seçicilərin 51.32 %-i referendumu dəstəklədiyini, 48.68 %-i isə əleyhinə olduğunu bildirib.
xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
Türkiyədə bu gün Konstitusiya dəyişikliyi ilə əlaqədar keçirilən referendumunda bülletenlərin 65 faizi sayılıb.
Unikal.org-un məlumatına görə, bülletenlərin 65 faizinin sayılmasından sonra seçicilərin 55.5 faizi Konstitusiya dəyişikliyinin lehinə, 44.5 faizi əleyhinə səs verib.
Qeyd edək ki, referendumda Konstitusiyanın 18 maddəsinin dəyişdirilməsi nəzərdə tutulub. Bunlar Türkiyədə parlament idarəçilik sistemindən prezident üsul-idarəsinə keçid, baş nazir vəzifəsinin ləğvi, Böyük Millət Məclisi üzvlərinin sayının 550 nəfərdən 600 nəfərə çatdırılması, millət vəkili seçilmə yaşının 18-ə endirilməsi, Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin dəyişdirilməsi və digər maddələrdir.
xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
Türkiyədə konstitusiya dəyişikliyini nəzərdə tutan ümumxalq səsverməsi ilə bağlı bülletenlərin sayılması prosesi davam edir.
Unikal.org xəbər verir ki, yerli vaxtla saat 17.40-dək bülletenlərin 19.72 faizi sayılıb. İlkin məlumata görə, sayılan bülletenlərə əsasən seçicilərin 64,19 faizi konstitusiya dəyişikliyinə "hə deyib.