"Bu ilin 18 şirkətin iştirakı ilə Almaniyaya təşkil edilən ixrac missiyası çərçivəsində bu ölkəyə çay və narın ixracı ilə bağlı ilkin razılaşma əldə edilib.
Unikal.org-un apa-ya istinadən məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində deyib.
İsveçə nar şirəsinin ixracı ilə bağlı isə müqavilə imzalandığını deyən nazir bildirib ki, Pakistan və Əfqanıstana həyata keçirilən ixrac missiyaları çərçivəsində quru süd və süd məhsulları, nar şirəsi, qənnadı məhsulları, mebel, boru, metal konstruksiyaları və digər tikinti materiallarının ixracı üzrə, Qətərə ixrac missiyası çərçivəsində isə ət, nar şirəsi və Naftalan neftindən istehsal edilən kosmetoloji və tibbi məhsulların ixracı ilə bağlı ilkin razılaşmalar əldə edilib.