Sosial şəbəkədə yayılan 20 yaşlı filippinli Reysin Pregunta adlı gənc qızın fotoları hər kəsin marağına səbəb olub.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, uzun müddətdir sümük xərçəngindən əziyyət çəkən Pregunta 5 gün ömrü qaldığını öyrəndikdən sonra son arzusunu deyib. O, gözəl ölmək istədiyini bildirib. Ağ paltar geyinib, başına güldən çələng qoyan qız diri-diri tabuta uzanıb.
Bu ilin aprelin 12-də vəfat edən Reysin Preguntanın ölümündən sonra Reysin yas mərasimindən fotolarını bacısı Rolin sosial şəbəkədə yayıb. Həmin fotolar böyük marağa səbəb olub. Hamı bu mənzərədən kədərləndiyini vurğulayıb.