Türkiyənin Sivas vilayətində ər küçənin ortasında yumuruqla arvadını döydü.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə dünən saat 15.30 radələrində Sularbaşı məhəlləsi İmam Natiq küçəsində meydana gəlib. Belə ki, küçədə kafelərin birindən çıxan cütlük oylun kənarında mübahisə ediblər.

Əsəbiləşən ər qarşısında duran gənc arvadını yumruqlamaya başlayıb. Qadına tətbiq olunan bu şiddət anları isə kameralara əks olunub.