Azvision sakinlərə "Azərbaycanın neçə deputatı var?" sualı ilə müraciət edib.
Unikal.org sorğunu təqdim edir:
Respondentlərin çoxu suala tərəddüd etmədən cavab versə də, digərlərinin reaksiyası təxminən belə oldu:
"Dəqiq deyə bilmərəm", "deyəsən, 150-dir", "yadımda qalmayıb..", "500 deputat olmalıdır".
Qeyd edək ki, qanunvericiliyin tələbinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi 125 deputatdan ibarətdir. Hazırda Azərbaycan parlamentinin 124 deputatı var.