Tanınmış aktyor, xalq artisti Rafael Dadaşovun vəziyyəti ağırlaşıb.
Unikal.org xəbər verir ki, bu barədə Ölkə.Az-a sənətkarın əmisi qızı, müğənni Lalə Dadaşova məlumat verib:
"Şəkəri var, ürəyi, böyrəyində də problem yaranıb. Hər şey bir-birinə qarışıb. Axşam vəziyyəti ağırlaşdı, xəstəxanaya yerləşdirildi. İndicə yanından gəlirəm. Onun üçün dualar elədim. Allah Rafaeli xalqımıza çox görməsin. Hazırda reanimasiyadadır.
Qeyd edək ki, Rafael Dadaşov 1946-cı ildə Bakıda anadan olub.