İyulun 23-25-də Bakıda keçirilən "Formula 1 Azərbaycan Qran-Prisinin açılışında və finalında səhnəyə çıxacaq müğənnilərin qazancları açıqlanıb.
Unikal.org-un Türkiyə mətbuatına istinadən məlumatına görə, Tarkan açılış günündəki çıxışı üçün 500 min dollar (təxminən 850 min manat) qazanacaq. Yarışların son günündə isə Meray Keri səhnəyə çıxacaq. ABŞ mediasında yer alan xəbərə görə, pop diva bu çıxışı üçün Tarkandan iki dəfə az məbləğ, 250 min dollar (təxminən 400 min manat) qazanacaq.
Amerika mətbuatının yazdığına görə, hər iki ulduz üçün 7 ulduzlu hoteldə prezident nömrəsi ayrılıb.
Amerikalı ulduzla türkiyəli müğənninin qonorar fərqi Türkiyə mətbuatında müzakirələrə səbəb olub.