
İlham Əliyev İcra başçısılarına orden verdi
Prezident İlham Əliyev Mahmud Quliyevin ordenlə təltif olunması haqda sərərəncam imzalayıb.
Sərəncama görə, Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Mahmud Nayfalı oğlu Quliyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, M. Quliyev Cəbrayıl rayonu İcra Hakimiyyətinin başçısıdır.
Prezidentin digər sərəncamı ilə Sabirabad rayonunun icra başçısı Nazim Mehdi oğlu İsmayılov3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.