Rusiyanın Volqoqrad şəhərində yaşayış binasında partlayış olub, 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, bu haqda Rusiya Fövqəladə Hallar Nazirliyinin yerli idarəsi məlumat yayıb.

İnformasiyaya əsasən, partlayış qaz sızması nəticəsində baş verib.

Hadisə nəticəsində 16 mənzil, o cümlədən binanın girişi dağılıb.