Dünyada spirtli içkilərdən istifadə üzrə reytinqdə Litva sakinləri liderlik edir.

Unikal.org-un "İnterfaksa istinadən verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Qauden Qalea bildirib.

Onun sözlərinə görə, ötən il Litvada sakinlərdən biri orta hesabla 16 litr spirtli içki tükədib.

"Bu isə o deməkdir ki, Avropanın ən çox içki içənlər və sərxoşlar ölkəsi Litva hesab olunur, - deyə Qalea söyləyib.