"Star TVdə yayımlanan "Zuhal Topalla evlilik verilişində azərbaycanlı gəlin Naz Mila həmyerlisi, bir müddət əvvəl sevgili olduğu iştirakçı Əli Əkbərlə bağlı paylaşım edib.
Unikal.org-un məlumatına görə, Naz İnsataqram hesabında yerləşdirdiyi videoda Əlinin onu hələ də unutmadığını bildirib:
"Çoxdandır səssizəm. Amma buradan bir nəfərə səslənirəm. Onun kim olduğunu siz də yaxşı bilirsiniz. Buradan "pişiyə səslənirəm: "Məni unudub da başqasını sevə biləcəyini zənn edirsənsə, səhv edirsən. Sən hələ məni unutmamısan.
Əli bunu gördükdən sonra əsəbləşib və Nazdan niyə belə bir hərəkət etdiyini soruşub. Azərbaycanlı gəlin isə dediklərinin onunla əlaqəsi olmadığını vurğulayıb.
Lakin aparıcının "Sən Əliyə "Pişik deyirdin sualına Mila "Bəli, biz bir-birimizi elə çağırırdıq deyə cavab verib. Bundan sonra deyilənlərin həqiqətən də Əliyə ünvanlandığı məlum olub.