Güclü təxəyyülü olan şəxslərin xarici görünüşlərindən narazıçılığının ağlasığmaz nəticələri ola bilər. Uydurulmuş reallığın təsiri altına düşərək onlar plastik əməliyyatların yardımı ilə sevdikləri personajlardan birinə çevrilir.

Unikal.org real dünyanın darıxdırıcı olduğunu düşünənlərin şəkillərini təqdim edir.

Buenos-Ayresdə yaşayan Luisi uşaqlıqda hamı ələ salırdı. Xoşagəlməz reallıqdan qaçmaq üçün o, nağıllara aludə olub. Böyüməsinə baxmayaraq, bu həvəsindən yan keçməyib.

Los-Ancelesdən olan Ofeliya Vaniti "Barbi gəlinciyinə bənzəmək üçün 32 min dollar xərcləyib.

Rodriqo Alvesa uşaqlıqdan "Barbi gəlinciyinin sevgilisi olan Kenin pərəstişkarı olub.

Los-Ancelesdən olan 22 yaşlı Vinni Ox yadplanetliyə bənzəmək üçün 110 plastik əməliyyat keçirib.

25 yaşlı İsveç modeli Piksi Foks "Dovşan Roceri kim zərbə altında qoyub cizgi filminin qəhrəmanına bənzəmək üçün 135 min dollar xərcləyib.

Venesueladan olan 37 yaşlı Genri Demonun kumiri Marvel planetinin sakini Qırmızı Kəllədir.

Dovşan Rocerə Kassandra Kass da yetişməyə çalışıb, o, bu arzusu üçün 200 min dollarlıq prosedurdan keçib.

Braziliyalı gözəl Andressa Demiani əsl şahzadə olmaq qərarına gəlib. O,"Soyuq ürək cizgi filminin qəhrəmanı Elzanın əkizinə çevrilib.lenta.ru