İstanbul polisi FETÖ terror təşkilatına qarşı növbəti dəfə əməliyyat keçirib.

Unikal.org lent-az-a istinadən xəbər verir ki, əməliyyat çərçivəsində əvvəllər polis orqanlarında işləmiş 137 nəfər tutulub.

Bildirilir ki, əməliyyatlar terrorçu şəbəkənin istifadə etdiyi "Bylock internet resursunun istifadəçilərinin müəyyənləşdirilməsi ilə bağlı həyata keçirilib. Ümumilikdə İstanbulun 16 rayonunda axtarış tədbirləri baş tutub. Eyni vaxtda keçirilən əməliyyatlar zamanı saxlanılan şəxslərin hamısı İstanbul Polis İdarəsinə aparılıb.