Qırğızıstan parlamentinin spikeri Çınıbay Tursunbekov Azərbaycanı bu ilin payızında ölkədə keçiriləcək prezident seçkilərini müşahidə etməyə dəvət edib.
Unikal.org-un APA-ya istinadən verdiyi məlumata görə, bu barədə o, İstanbulda Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovla görüşü zamanı deyib. Görüşdə tərəflər ikitərəfli əlaqələrin hazırki vəziyyətini müzakirə ediblər.
Qırğızıstan parlamentinin spikeri bildirib ki, Azərbaycan və Qırğızıstanı çoxillik tərəfdaşlıq və iki qardaş xalqın ortaq tarixi bağlayır. Onun sözlərinə görə, əlaqələri TürkPA çərçivəsində də genişləndirmək vacibdir. Bu baxımdan parlament sədri TürkPA-nın iyulun sonunda Qırğızıstanda keçiriləcək iclasına hazırlıq prosesi barədə də məlumat verib.