ABŞ-ın Nyu-york şəhərində xəstəxanada atışma baş verib.
Unikal.org-un "AP agentliyinə istinadən
verdiyi xəbərə görə, insident Bronks rayonunda yerləşən xəstəxanaların
birində qeydə alınıb. Hadisə nəticəsində 3 nəfər yaralanıb. İlkin versiyaya əsasən, atəşi açan şəxs xəstəxananın keçmiş əməkdaşı olub.
Xəstəxanada atəş açan şəxs öldürülüb.