Şimali Kipr Türk Respublikasının Din İşləri sədri Talıb Atalay Diyarbəkirdə saxlanılıb.
Unikal.org "Sabah qəzetinə istinadən xəbər verir ki, o, Mersin Respublika Prokurorluğunun keçirdiyi FETÖ istintaqı çərçivəsində həbs edilib.
Atalayın bu gün səhər saatlarında ifadə vermək üçün Mersinə göndərildiyi bildirilib.
Türkiyədə bir universitetdə dərs deyən Talıb Atalayın "Baylok xəbərləşmə proqramından istifadə etdiyi və FETÖ üzvləri ilə əlaqə yaratdığı iddia edilir.