Bu gün səhər saatlarında Abşeron "Gənclər" şəhərciyində yanğın baş verib.

Unikal.org virtualaz.org-a istinadən həmin yanğının videogörüntülərini təqdim edir.

Fövqaladə Hallara Nazirliyin həmin yanğınla bağlı yaydığı məlumatda isə deyilir ki, Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 69 m2 olan təmir işləri aparılan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 15 m2 sahədə yanıb.

Yanğın zamanı 3 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzilin qalan hissələrı yanğından mühafizə olunub.

Yanğın saat 06:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.