Rusiyanın Ukraynaya raket hücumu nəticəsində 27 nəfər ölüb, yüzdən çox insan yaralanıb.

"Unikal" xəbər verir ki, bunu Ukrayna prezidenti  Volodimir Zelenski Varşavada Polşanın baş naziri Donald Tusk ilə birgə mətbuat konfransında deyib.

***13:17

Rusiyanın Ukraynaya hava hücumu nəticəsində 20 nəfər ölüb, 50 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.

 Xatırladaq ki, Rusiya hərbi aviasiyası səhər saatlarından Ukraynanın Kiyev, Dnepr və Krivoy-Roq şəhərlərinə raket zərbələri endirib.

***08:57

Ukraynanın hər yerində hava hücumu xəbərdarlığı elan edilib.

"Unikal" xəbər verir ki, bu barədə məlumat ölkənin Rəqəmsal Transformasiya Nazirliyinin onlayn xəritəsində yer alıb.

Mənbənin məlumatına görə, sirenlər demək olar ki, bütün regionlarda eyni vaxtda - 07:19-da işə başlayıb.

Gülayə Mecid