Uzaq Şərqdə elektrik şəbəkələrində baş verən qəza iki iri su-elektrik stansiyasında enerji bloklarının fəaliyyətinin dayanması ilə nəticələnib.

Unikal.org-un məlumatına görə, bununla əlaqədar bölgədə 600 mində çox adam işıqsız qalıb.

Qəzanın fəsadları Sibirdə, eləcə də Çinin bəzi şimal bölgələrində qeydə alınıb.

Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.