Türkiyə eyni zamanda 3 terror təşkilatına qarşı mübarizə aparır.
Unikal.org-un məlumatına görə, bunu Ankara Ali Hərbi Şuranın iclasından sonra Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.
Onun sözlərinə görə, bu təşkilatlardan biri PKK, digərləri isə Fəthulla Gülən hərəkatı və İŞİD terror təşkilatıdır.
B.Yıldırım qeyd edib ki, adı çəkilən terror təşkilatları ilə mübarizə əhəmiyyətli dərəcədə güclənib. "Amma hələ də Türkiyənin təhlükəsizliyi üçün daxili və xarici təhdidlər mövcuddur".