Hazırda dünyada 17 azərbaycanlı "qanuni oğru var.
Unikal.org-un lent.az-a istinadən məlumatına görə, bu barədə Rusiyanın kriminal mətbuatı məlumat yayıb.
Məlumata görə, onların bəziləri həbsxanada, bir neçəsi axtarışda, qalanları azadlıqdadır.
"Zaur Naxçivanski, "Tolik Noqinski, "Albert Piterski, "Rüfət Gəncinski, "Emin Hacıqabulski, "İlqar Bakinski Rusiyada həbsxanadadırlar. "Lotu Quli isə Azərbaycanda cəza çəkir.
İki nəfər - "Rəşad Gəncinski və "Yusif Şamxorski Rusiya, "Rafət Əlibayramlinski isə Azərbaycan tərəfindən axtarışa verilib.
"Yunus Yasamalski, "Namiq Bakinski ("Lotu Qulinin qardaşı), "Hacı Beyləqanski, "Ceyhun Gəncinski, "Vaqif Diplomat, "Arif Sumqaitski, "Dato (Cavid) Ağcabədinski isə azadlıqdadır.
Azərbaycanlı "qanuni oğruların arasında ən yaşlıları "Yunus Yasamalski və "Arif Sumqaitskidir. Onların hər ikisinin 56 yaşı var.
Ən gənc "qanuni oğrular isə "Dato Ağcabədinski və "Zaur Naxçivanskidir. Onlar 1985-ci il təvəllüdlüdürlər.