Füzuli rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
 
Unikal.org-un Lent.az-a sitinadən məlumatına görə, rayon ərazisindəki yanacaqdoldurma məntəqəsinə daxil olmaq istəyən "Mitsubishi Pajero" markalı, 90 FK 761 dövlət qeydiyyat nişanlı avtomobil həmin məntəqənin işçisini vurub. Beyləqan rayonunun Maşqara kəndinin sakini olan 25 yaşlı Məmmədov Hikmət Yusif oğlu aldığı xəsarətlərdən vəfat edib. 

İlkin araşdırma nəticəsində məlum olub ki, yanacaqdoldurma məntəqəsinin işçisi obyektdən bir qədər kənara çəkilərək siqaret çəkirmiş. Bu zaman benzin doldurmaq üçün yaxınlaşan avtomobilin sürücüsü onu görməyib və piyadanı vurub.
 
Faktla bağlı araşdırma aparılır.