Prezident İlham Əliyev İlham Mədətovu Azərbaycan Turizm və Menecment Universitetinin rektoru təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki, sənəddə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

İlham İsa oğlu Mədətov Azərbaycan Turizm və Menecment Universitetinin rektoru təyin edilsin".