"Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunda aparılan təmir işləri ilə bağlı tikinti sahəsinə düşən və "Qaz İxrac İdarəsinin balansında olan "Mozdok-Qazıməmməd magistral qaz kəmərinin kəsişmə yerlərində yeni quraşdırılmış keçidlərin mövcud şəbəkəyə birləşdirilməsi ilə əlaqədar, sentyabrın 12-i, saat 07:00-dan 3 gün müddətində "Quba və "Xaçmaz Qazpaylayıcı stansiyalarından qaz təchizatı dayandırılacaq.
"Azəriqaz İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Unikal.org-a verilən məlumata görə, təmir müddətində Xaçmaz və Quba rayonlarına təbii qazın verilişində məhdudiyyət yaranacaq.
Göstərilən müddət ərzində təmir işləri yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı "Azəriqaz İB-yi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.