Broyler şirkətləri yumurtanın qiymətini bahalaşdırıblar.

Unikal.org-un əldə etdiyi məlumata görə, bu gündən yumurtanın qiyməti 12 qəpikdən 16 qəpiyə qaldırılıb.

Bu da 30 faizdən yuxarı bahalaşma deməkdir.

Dükan sahiblərinin bildirdiyinə görə, qiymət artımını ilkin olaraq "Hacıqabul Broyler" şirkəti həyata keçirib.

Şirkət qiymət artımını hansı səbəbdən etdiyi ilə bağlı açıqlama verməyib.

Unikal.org