Azərbaycan Basketbol Federasiyası son 1 ildir uğursuzluq zolağından çıxa bilmir. Bunun səbəbini də istər idmançılar, istərsə də basketbolsevərlər Elxan Əliyevdən sonra təyin olunan Samit Nurullazadədə görürlər.
Unikal.org-un əldə etdiyi məlumata görə, federasiya ilə keçmiş baş məşqçi E.Əliyev arasında ciddi problem yaşanıb. İdmançılara verilən maaş ödənilməsində çətinliyin yaranması olub. Elxan Əliyev yetirmələrinin haqqını tələb edib. Dediyinə görə, onu nə baş katib dinləyib, nə də vitse-prezident. Bundan sona baş məşqçi sözünü qurumun prezidenti, Dövlət Əmlak Komitəsinin sabiq sədri Nadir Nəsibova deyirmiş. Məlumatda bildirilir ki, bu da digər rəhbər şəxslərin xoşuna gəlməyib və onun "torbasını tikməyə başlayıblar.
Məsələ ilə bağlı uzun müddətdir gözə dəyməyən keçmişbaş məşqçi Azərbaycan Respublikasının "Əməkdar İdman Xadimi", Azərbaycanın "Əməkdar məşqçisi", SSRİ idman ustası Elxan Əliyevlə əlaqə saxladıq.
Unikal.org-a danışan E.Əliyev federasiyadakılarla bağlı danışmaq istəmədiyini desə də sözünü bir baş Nadir Nəsibova dediyini etiraf edib: "Onlar özləri desin ki, mənim kimi məşqçi niyə milli komandadan uzaqlaşıb. İndi gələn məşqçi Avropa çempionatında axırıncı yer tutdu. İndi azyaşlı uşaqları yığmışam onlara məşq keçirəm. Çalışacam ki, Azərbaycan basketboluna kömək edim. Hər kəs məni tanıyır. Neçə illər baş məşqçi oldum, qazandıqlarım, uğurlarım da göz qabağındadır.
Mənim problem yaşaya biləcəyim digər üzvlər kimlərdir? Onlar basketbolçu deyillər, basketboldan anlayışları da yoxdur. Mən hər şeyi Nadir Nəsibovla danışırdım. Sözümü ancaq ona demişəm, başqa heç kimə.
Elxan Əliyev başqa bir ölkədən məşqçi kimi təklif aldığını da dilə gətirib:
"Çağırıblar, amma yoldaşım xəstədir deyə gedə bilmirəm. Klubun adını açıqlamaq istəmirəm. Ümumiyyətlə federsiyadakılar çox yaxşı bilir mən komandadan necə getmişəm.
Aygün İlqarqızı