Azərbaycanlı zəvvarları Səudiyyə Ərəbistanının Mədinə şəhərindən Bakıya gətirəcək təyyarələr gecikir.

Qafqaz Müsəlmanları İdarəsindən unikal.org report-a istinadən xəbər verir ki, təyyarələr əvvəlcədən təyin olunan vaxtda yola düşməyib.

Bildirilib ki, Bakı vaxtı ilə saat 13:10-da birinci, 15:10-da isə zəvvarları gətirəcək ikinci təyyarə yola çıxmalı olsa da, hər iki reysdə gecikmə baş verib. Məlumatda gecikmənin səbəbinin məlum olmadığı qeyd olunub.
Azərbaycan Hava Yollarından  bildirilib ki, təyyarələrin gecikmə səbəbləri hələ məlum deyil.