Bu ilin 8 ayı ərzində təcili tibbi yardıma ehtiyacı olan 220 nəfərdən artıq yaşayış yeri məlum olmayan şəxsə ilkin tibbi yardım göstərilərək müvafiq xəstəxanalara yerləşdirilib.
Unikal.org xəbər verir ki, bu barədə aznews.az-a Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bakı Baş Səhiyyə İdarəsinin göstərişinə əsasən, 2016-cı ilin iyun ayından etibarən daimi yaşayış yeri məlum olmayan şəxslər barədə BŞTvəTTYS-na çağırış daxil olduğu halda, həmin şəxs təcili tibbi yardım briqadası tərəfindən müayinə olunduqdan sonra ilkin tibbi yardım göstərilərək cərrah, travmatoloq və rentgen müayinəsindən keçirilir. Müayinə nəticəsində hansısa bir xəstəlik aşkarlanarsa profil üzrə müvafiq xəstəxanaya yerləşdirilir.