Hazırda Azərbaycanda simsiz, naqilsiz internet qoşulmalarına tələbat ən yüksək həddi keçib, hətta şəhərdən uzaq bölgələrdə də insanlar bəzən çörəkdən çox internetin olmasınn qeydinə qalır.
Unikal.org xəbər verir ki, İsrail, Fransa, Londonda bağça və məktəblərdə WiFi və mobil telefonlar qadağan olunduğu bir vaxtda bizim evlərimizdə, hətta cəmi 30-40 kv metrlik mənzillərdə simsiz internet provayderləri quraşdırılır, mikrodalğalı sobasız iş keçmir, ailədə azı 3-4 mobil telefon var...
istinadən bildirir ki, dünya sağlamlıq təşkilatları hamilə və yeni doğulmuş uşaqların birmənalı olaraq WiFi və modemlərdən uzaq durmasını tövsiyə edir.
"50 il sonra biz kədərlə insanlığın sağlamlığı üçün modem, telefon və digər maqnit dalğaları yayan avadanlıqların necə təhlükələrə yol açdığını anlayıb təəssüflənəcəyik. Amma geri qayıtmaq üçün gec olacaq".
Araşdırmalara görə, hamilə qadın və uşaqlar civə, xlorofom, insektisid DDT kimi zərərli elementlərin təsirinə məruz qala bilər.
250 konsaroqen maddələr siyahısında elektromaqnit sahəsi yaradan radiodalğalar da yer alıb. Bunlar mikrodalğalı soba, mobil telefon, internet, wifi-dır.
Hamilə qadınlar və uşaqlar böyüklərə nisbətən elektromaqnit dalğalarını daha çox "udur", ana bətnindəki körpə isə bu dalğalara daha həssadır və elektriklə bağlı istənilən siqnalı yüksək dozada tutur. Bu onunla izah olunur ki, böyük adamın sümük əzələ sistemi, kəllə örtüyü qalın olur və dalğaların müəyyən faizi təsir edir. Bətndəki dölün və yeni doğulmuşların baş kəllə sümüyü hələ zəif, əmgəyi açıq olur. Ona görə maqnit dalğalarının kəllə sümüyündən asanlıqla keçib beyinə nüfuz etməsi çox asandır.
Bu səbəbdən hamilə olduğunu bilən gündən qadın:
Yeni doğulmuş və 12 yaşa kimi uşaqlarınızı da WiFi, modem və telefonlardan uzaq tutmaq zəruridir.