"Uşu-Sanda üzrə yeganə azərbaycanlı dünya çempionu, yığmanın sabiq baş məşqçisi Canpolad Budaqovun qardaşı Elman Budaqov saxta dünya çempionalarına qarşı mübarizəyə başlayıb. Hətta, onun mübarizəsinə "Uşu-Sanda Federasiyasının prezidenti Azər Həsənsoy və bəzi idmançılar da qatılıb.
Budaqov özlərini yalandan "Uşu-Sanda üzrə dünya çempionu adlandıran idmançılara qarşı çıxıb. Bəzi saxtadünya çempionlarının görüntülərini yayaraq, onları doğru yola gəlməyə səsləyib.
Dünya çempionunun qardaşı bu məsələ ilə bağlı Unikal.org-a danışıb:
"Əslində, onlar saxta yox, həqiqətən də dünya yarışlarını udublar. Sadəcə olaraq qalib olduqları yarışlar "Kunfu idman növü üzrə olub. Bunu "Uşu-Sanda kimi qələmə veriblər.
Çünki, Azərbaycan müstəqillik qazandıqdan sonra, Şərq əlbəyaxa döyüş növlərindən ən çox populyar olan iki döyüş- "Uşu-Sanda və "Kik-boks idi. Onlar reytinq baxımdan daha yüksək olan döyüş növündə vuruşduqlarını nümayiş etdirmək istəyibər. Bununla da titullu idmançı olduqları ilə bağlı hər kəsi inandırmağa çalışırlar.
"Uşu-Sandanın adına paylaşımlar etmək, bu idman növünün adından istifadə edərək yarışları udduğunu söyləmək əsil idmançıya yaraşmaz. Məsələn, "Kik-boksun 5 növü var. Onlar da öz növbəsində ən yüngül və ən ağır növlərə bölünür. Yüngül bir yarışda dünya çempionu olan idmançı, özünü ən ağır növdən çempion kimi qələmə verə bilməz. Çünki, federasiyanın başında Güloğlan Cabbarov, Adil Əliyev kimi insanlar var. "Uşu-Sandanın adına çıxarmaq isə, federasiya prezidenti Azər müəllimə hörmətsizlik, . "Uşu-Sandada tər tökən idmançıların haqqına girməkdən başqa bir şey deyil.
Qeyd edək ki, . "Uşu-Sanda üzrə Dünya və Avropa çempionu, Dünya Kubokunun sahibi, Azərbaycan yığmasının sabiq baş məşqçisi Canpolad Budaqov hazırda Rusiyada həbsdədir. C.Budaqov bu idman növü üzrə Azərbaycanın yeganə dünya çempionudur.
Aygün İlqarqızı