"Sumqayıtın futbolçusu, U-21 millimizin üzvü Nicat Muxtarovun oğurluq etdiyinə görə həbs olunduğunu xəbər vermişdik.
Unikal.org xəbər verir ki, futbolçu artıq azadlığa buraxılıb. Bu barədə futbolçuya yaxın şəxslər məlumat veriblər. Amma Nicatın hansı şərtlər altında azadlığa buraxıldığı hələ ki, açıqlanmayıb.
22 yaşlı yarımmüdafiəçi Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində oğurluq törətməsi səbəbindən yaxalanmışdı. Belə ki, polis həmin ərazidə telefon xətləri oğurluğu ilə məşğul olan mütəşəkkil qrupun üzvlərini ələ keçirib. Tutulan dəstə üzvlərindən biri isə Muxtarov idi.