Bu gün Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) növbədənkənar hesabat-seçki konfransı baş tutub.
Unikal.org xəbər verir ki, Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında baş tutan yığıncaqda qurumun yeni tərkibi də açıqlanıb.
Tədbirdə Prezident Aparatının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusif Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə də iştirak edib.
AQF-in prezident postuna yeganə namizəd təhsil naziri Mikayıl Cabbarov səsverməyə əsasən rəhbər vəzifəyə seçilib. M.Cabbarov növbəti tsikldə qılıncoynatmanın da inkişafına nəzarət edək. O, bu postda avqustun 17-də növbəti dəfə AQF-in prezidenti seçilən Nazim İbrahimovu əvəzləyib.
Mikayıl Cabbarov eyni zamanda Azərbaycan Badminton Federasiyasının prezidentidir.
Qeyd edək ki, İbrahimov 2007-ci ildən AQF-də prezident postunu tuturdu.