Keçmiş İqtisadi inkişaf naziri Heydər Babayev Azərbaycanı tərk edir.

Unikal.org xəbər verir ki, bu haqda xəbəri "Yeni Müsavat yayıb. Qəzet bildirib ki, Azərbaycanda qurduğu biznesin çökməsi səbəbindən sabiq nazir bu addımı atmalı olub. Xəbərdə bildirilir ki, o bütün əmlakını satıb ölkədən getməyi düşünür.

Qəzet yazıb: "Bu xəbərlər ləğv prosesində olan "Bank Standardın Kreditorlar Komitəsinin bir neçə gün əvvəl prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etdiyi bir vaxta təsadüf edir. Belə güman etmək olar ki, "Bank Standart maxinasiyası "Beynəlxalq Bank işi qədər sensasion həbslərlə müşahidə oluna bilər. Bildirilir ki, H.Babayevin əmlaklarını satması barədə xəbər dərhal hakimiyyətdə müəyyən dairələrin narazılığına səbəb olub. H.Babayevin ona vaxtilə verilən səlahiyyətlərdən istifadə edərək özünə böyük bir biznes şəbəkəsi qurması, indi isə az qala yarıgizli şəkildə bunları satışa çıxarması və ya təsisçilərini dəyişməsi iqtidarı narazı salıb.